YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə, xüsusilə iqtisadi və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Səfir Tsuquo Takahaşi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfir Tsuquo Takahaşiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.