YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Dağlıq Qarabağda qondarma “referendum”un keçirilməsi Ermənistanın özünü və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil

Azərbaycanın qanunlarına və beynəlxalq hüququn prinsiplərinə, beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mövqeyinə zidd olaraq Ermənistan tərəfindən siyasi təxribat məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “referendum” keçirilir.

Beynəlxalq ictimaiyyət tərəfindən qanunsuz hesab olunan və nəticələri qəbul olunmayan bu qondarma “referendum”un Ermənistan tərəfindən keçirilməsi özünü və beynəlxalq ictimaiyyəti aldatmaq və danışıqlar prosesinə xələl gətirmək cəhdindən başqa bir şey deyil.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında yer alıb.

Açıqlamada qeyd edilir ki, Ermənistan tərəfinin bu qanunsuz “referendum”un kimlərsə tərəfindən müşahidə edilməsi barədə iddiası gülüncdür. Heç bir beynəlxalq təşkilat və ya dövlət tərəfindən bu qanunsuz “referendum”u müşahidə etmək üçün nümayəndə heyəti göndərilməyib.

Ermənistan öz uğursuz və qanunsuz fəaliyyətinə bəraət qazandırmaq üçün bir qrup şəxsin işğal olunmuş ərazilərə fərdi səfərini təşkil edib. Bu özfəaliyyəti qanunsuz turizm səfəri də adlandırmaq olar. İlkin araşdırmalarımız onu deməyə əsas verir ki, onların əksəriyyəti adları artıq arzuolunmaz şəxslər siyahısında olan erməni lobbisi və Ermənistanın təsiri altında olan şəxslərdir. Digər bir neçə şəxsin adı dəqiqləşdiriləcək və mütləq qaydada arzuolunmaz şəxslər siyahısına daxil ediləcək. Ermənistanın əvvəlki metodundan istifadə edərək kimlərisə aldadaraq işğal olunmuş ərazilərə gətirməsi halları da istisna deyil.

Ermənistan bu kimi təxribatçı və lüzumsuz əməllərlə məşğul olmaq, özünü və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərinin əvəzinə, işğalçılıq siyasətinə son qoymalı, münaqişənin həllinə və regionda davamlı sülhün təmin olunmasına çalışmalıdır.

 

DİGƏR Xəbərlər Arxiv