YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran XİN: Dağlıq Qarabağda “referendum” keçirilməsi qəbulolunmazdır

İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır.

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasemi Tehranda keçirdiyi həftəlik brifinqdə deyib.

Bəhrəm Qasemi bildirib ki, Dağlıq Qarabağda referendumun keçirilməsi münaqişənin həlli üçün maneədir. Bu addım qəbulolunmazdır və Azərbaycan ilə Ermənistanın arasında böhranın həllinə heç bir kömək etməyəcək. Problemin həli yalnız danışıqlar yolu ilə baş tuta bilər.

Mətbuat katibi nəzərə çatdırıb ki, İran ilə Azərbaycan arasındakı münasibətlər möhkəmdir və rəsmi Tehran qarşılıqlı əlaqələrin daha da inkişaf etməsində maraqlıdır.