YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Georgi Kvirikaşvili: Regional əməkdaşlıq Cənubi Qafqazda sabitliyin təmin olunmasında vacib mexanizmlərdən biridir

“Gürcüstan regional əməkdaşlığa böyük önəm verir. Regional əməkdaşlıq Cənubi Qafqazda sabitliyin təmin olunmasında vacib mexanizmlərdən biridir”.

Gürcüstan hökuməti başçısının mətbuat xidmətindən bildiriblər ki, bu sözləri Baş nazir Georgi Kvirikaşvili Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən debatlardakı çıxışı zamanı deyib.

Gürcüstan hökumətinin başçısı Azərbaycan-Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin buna ən parlaq misal olduğunu vurğulayıb. Bildirib ki, bizim “İpək yolu” iqtisadi zonası sayəsində, Avropa və Asiyanı bir-birinə bağlayan “Bir kəmər - bir yol” təşəbbüsü ilə yeni imkanlarımız var.