YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Türkiyə mədəniyyəti həftəsi keçiriləcək

Bu ilin sentyabrında Bakıda Türkiyə mədəniyyəti həftəsi keçiriləcək.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğ üzrə müşaviri Seyid Əhməd Arslan məlumat verib.

Onun sözlərinə görə, ötən il ölkəmizdə Türkiyə mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılsa da, baş tutmayıb. Bu ilin sentyabrında isə reallaşdırılması nəzərdə tutulan tədbir türk filmlərinin nümayişi, konsertlər, o cümlədən mehtər orkestrinin konserti, aşıqların çıxışı ilə zəngin olacaq.

Seyid Əhməd Arslanın deyib ki, türkiyəli aşıqlarla bağlı proqram Azərbaycan aşıqlarının birgə iştirakı əsasında planlaşdırılıb.
Bundan başqa, həftə çərçivəsində foto, rəsm, əl işlərindən ibarət sərgilərin də açılması nəzərdə tutulub.