YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Münxendə İsrailin müdafiə naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.

Görüşdə Azərbaycan-İsrail əlaqələrinin müxtəlif aspektləri müzakirə edildi. Aviqdor Libermanın xarici işlər naziri kimi Azərbaycana səfəri xatırlandı. İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun ötən il Azərbaycana etdiyi uğurlu səfərindən danışıldı. Azərbaycan ilə İsrail arasında hərbi-texniki sahədə əməkdaşlığın məmnunluq doğurduğu vurğulandı, bu sahədə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi.

 

DİGƏR Xəbərlər Arxiv