YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Azərbaycan jurnalistikasında yeni bir mərhələnin əsası qoyulur

«Azərbaycan jurnalistikasında yeni bir mərhələnin əsası qoyulur və bu ildən etibarən jurnalist olmaq istəyən hər bir abituriyent mütləq şəkildə qabiliyyət imtahanından keçəcək. Mətbuat Şurasının jurnalistika fakültələrində apardığı monitorinqlərin nəticəsi onu göstərirdi ki, təhsil alanların əksəriyyəti təsadüf nəticəsində bu ixtisası seçirdilər». Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, elə bu səbəbdən də həmin tələbələr sonradan jurnalistika sahəsi ilə deyil, tamam başqa işlə məşğul olurlar. Onun sözlərinə görə, bu da mətbuatda lazımlı kadrların hazırlanmasında müəyyən problemlərə gətirib çıxarır.

«Ona görə də jurnalistlərin qabiliyyət imtahanı verməsi məsələsi gündəmə gəldi. Bütün bunları nəzərə alıb, ötən ilin noyabrın 24-də Prezident İlham Əliyevlə görüşdə mövcud problemi qaldırdıq və müsbət rəy aldıq. Bunun nəticəsi olaraq da bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirildi. Artıq magistratura mərhələsində jurnalistlərin qabiliyyət imtahanı verməsi məsələsi həll olunub. Təbii ki, proses bundan sonrakı vaxtlarda ardıcıl şəkildə həyata keçiriləcək»- deyə, Ə.Amaşov vurğulayıb.