YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asəf Hacıyev: Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlət kimi tanınır

«Azərbaycan hüquqi demokratik dövlətdir. Ölkəmiz beynəlxalq aləmdə də nüfuzlu dövlət kimi tanınır». Bu fikirləri YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev deyib.

A.Hacıyev bildirib ki, hüquqi dövlətdə qanunun aliliyi prinsipi hər şeydən üstün tutulur. Onun sözlərinə görə, dünyanın bütün hüquqi dövlətlərində bu prinsip öndədir.

«Azərbaycan da məhz bu prisnsipal mövqeyi ilə dünyada hörmət, nüfuz qazanıb. Amma bəzi dairələr ciddi qanun pozuntularına yol verən şəxslərin məsuliyyətə cəlb olunmasını siyasiləşdirməyə çalışırlar. Bu, yolverilməzdir. Çünki hamı qanun qarşısında bərabərdir»- deyə, A.Hacıyev qeyd edib.