YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı regionda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək

Gürcüstanın müdafiə naziri Levan İzoriya fevralın 16-da Brüsseldə türkiyəli həmkarı Fikri İşık ilə görüşüb.

Gürcüstanın Müdafiə Nazirliyindən bildiriblər ki, görüşdə Gürcüstan, Azərbaycan və Türkiyə arasında müdafiə sahəsində üçtərəfli əməkdaşlığa dair memorandumun imzalanması barədə razılıq əldə olunub. Bildirilib ki, üçtərəfli əməkdaşlıq regionda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.

Memorandumun layihəsinin hər üç ölkənin müdafiə nazirlərinin bu ilin mayında Tbilisidə keçiriləcək görüşündə imzalanması planlaşdırılır.

Nazirlər hər üç ölkənin Baş qərargah rəislərinin bu ilin aprelində Tbilisidə keçiriləcək görüşü barədə məsələni də müzakirə ediblər.