YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Serbiya Prezidenti Tomislav Nikoliçə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçə Serbiya Respublikasının milli bayramı münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımız xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqına sülh və rifah diləyirəm.”