YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

UNESCO üzrə Milli Komissiyaların birinci regionlararası görüşündə Azərbaycan da təmsil olunmub

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən UNESCO üzrə Milli Komissiyaların birinci regionlararası görüşü başa çatıb.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından bildirilib ki, görüşə 90 ölkədən 111 nümayəndə qatılıb.

Tədbirdə UNESCO-nun regional büroları və milli komissiyalar arasında əməkdaşlıq məsələləri, üzv ölkələrdə qurumun beynəlxalq təşkilat kimi fəaliyyət istiqamətləri, o cümlədən gördüyü işlər, nailiyyət və perspektivlər, milli komissiyaların UNESCO-nun “İştirak Proqramında” iştirakı ilə bağlı məsələlər müzakirə olunub, eyni zamanda üzv ölkələr arasında bu sahələrdə təcrübə mübadiləsi aparılıb.

Görüşdə ölkəmizi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi D.Panin təmsil edərək, qurumun prioritet istiqamətləri üzrə milli komissiyanın fəaliyyəti, ölkəmizin təşkilatda qazandığı uğurlar, digər ölkələrin milli komissiyaları ilə birgə həyata keçirilən layihələr haqqında məlumat verib, eyni zamanda gələcək əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.

 

DİGƏR Xəbərlər Arxiv