YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oksana Yablonskaya: Qəbələ Beynəlxalq Musiqi Festivalına olan maraq ilbəil daha da artır

Qəbələ Beynəlxalq Musiqi Festivalına olan maraq ilbəil daha da artır. Hər il olduğu kimi bu il də festivalın təşkilatçılığı yüksək səviyyədədir.

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, tanınmış rusiyalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskaya deyib.

Oksana Yablonskaya bu möhtəşəm incəsənət bayramında Azərbaycan və Avropa bəstəkarlarının klassik əsərlərinin böyük məharətlə səsləndirildiyini xüsusilə vurğulayıb.

O, deyib: “Festival haqqında müxtəlif nüfuzlu qəzet və jurnallarında yazıların dərc edilməsi bu mötəbər incəsənət bayramının dünyada artan nüfuzundan xəbər verir. Şadam ki, belə bir möhtəşəm musiqi festivalının bədii rəhbərlərindən biri də oğlum Dmitri Yablonskidir. O, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşdırılan bu layihənin uğurla həyata keçirilməsi üçün professor Fərhad Bədəlbəyli ilə birgə çalışır. Mən tam əminliklə deyirəm ki, Heydər Əliyev Fondunun köməyi olmadan belə bir musiqi festivalını paytaxtdan kənarda yüksək səviyyədə təşkil etmək mümkün olmazdı. Qəbələnin gözəl təbiəti, buradakı beşulduzlu mehmanxanalar kompleksi, yaradılmış şərait, qonaqpərvər insanlar və yüksək xidmət musiqi ilə vəhdət təşkil edir”.