YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan Azərbaycanın texnopark və sənaye məhəllələrinə investisiya qoymaqda maraqlıdır

Pakistan iş adamları Azərbaycanda texnologiya parkları və sənaye məhəllələrinə investisiya qoymaq imkanlarını dəyərləndirirlər. Bunu Trend-ə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə deyib.

Səfirin sözlərinə görə, Azərbaycanda yaradılmış texnopark və sənaye məhəllələrində biznes üçün əlverişli şərait yaradılıb, bır sıra güzəşt mexanizmləri təklif olunur. Bütün bu amillər Pakistanın biznes dairələri üçün də maraqlıdır.

Ə.Əlizadənin sözlərinə görə, səfirlik Pakistanın dövlət və özəl müəssisələrinə Azərbaycanın texnoparkları barədə məlumatları təqdim edir. O qeyd edib ki, Pakistanda bu layihələrə maraq az deyil və pakistanlı iş adamlarının bu layihələrdə iştirakından gəlir əldə etməsi üçün imkanlar mövcuddur.

Qeyd edək ki, hazırda Sumqayıt kimya-sənaye, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parklarında, Sumqayıt və Mingəçevir yüksək texnologiyalar parklarında, eləcə də Neftçala və Masallı sənaye məhəllələrində zavod və müəssisələrin yaradılması ilə bağlı işlər davam etdirilir.