YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə bu ölkənin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Ölkələrimiz arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən və ortaq mənəvi dəyərlərimizdən qaynaqlanır. İnanıram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, beynəlxalq və regional qurumlar çərçivəsində əməkdaşlığımızın səmərəli şəkildə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.”