YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Təhsilimizin müasir dünya standartları səviyyəsində olması dövlətin prioritetlərindən birinə çevrilib

«Təhsil hər bir dövlətin inkişafının əsas özülünü təşkil edir». Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, məhz güclü rəqabətin, qlobal inteqrasiyanın, beynəlxalq əməkdaşlığın sürətlə yayıldığı müasir dünyamızda hər bir dövlət öncül yerlərdən birini tutmağa çalışır. Onun sözlərinə görə, Azərbaycan da bu qlobal dünyanın bir üzvünə çevrilib və bu baxımdan təhsilimizin müasir dünya standartları səviyyəsində olması dövlətin başlıca prioritetlərindən birinə çevrilib.

«Dövlətin bu sahəyə xüsusi diqqət yetirməsi, atılan addımlar, qəbul edilmiş qərarlar təhsilin, elmin inkişafına ayrılan vəsaitin səviyyəsində də özünü göstərib. Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi belə nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil məsələləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir»- deyə, K.Əliyeva vurğulayıb.