YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Ermənistanın atəşkəsi müntəzəm pozması onun qonşu dövlətlərlə dinc yaşamağa hazır olmadığını göstərir

«Ermənistanın atəşkəsi müntəzəm pozması onun təcavüzkarlığını, qonşu dövlətlərlə dinc yaşamağa hazır olmadığını göstərir». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, Ermənistan xarici siyasətində daha çox ərazi işğallarını yerinə yetirməyə çalışır. Onun sözlərinə görə, işğalçı ölkə öz siyasəti ilə bunu dəfələrlə təsdiqləyib.

«Kəlbəcərdə girov götürülən azərbaycanlılar doğma torpaqlarında  öz valideyinlərinin dəfn olunduğu yerə baş çəkiblər. Bu, normal haldır və sırf hümanitar məsələdir. Əgər Ermənistan kiçik bir humanitar məsələni bu səviyyəyə qaldırırsa, deməli işğalçı ölkə Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməyə hazır deyil»- deyə, deputat qeyd edib.