YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Regiondakı ümumi vəziyyət daim Azərbaycanın diqqət mərkəzindədir

«Regiondakı ümumi vəziyyət daim Azərbaycanın diqqət mərkəzindədir». Bu fikri politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, ölkəmiz regionda gedən proseslərə laqeyd yanaşmır. Onun sözlərinə görə, bölgədəki sabitlik, inkişaf Azərbaycan üçün önəmli məsələlərdir.

«Regionda sülhə və təhlükəsizliyə ən böyük təhdid Ermənistanın işğalçılıq siyasətidir. Ermənistan  işğal etdiyi bütün torpaqlardan dinc yolla geri çəkilməlidir. Buna görə beynəlxalq ictimaiyyət aktiv fəaliyyətə keçməlidir. ATƏT-in Minsk qrupu həmsədrləri  beynəlxalq hüquq normalarını əsas götürüb işlərini ona uyğun qurmalıdırlar. Əgər Ermənistan bu normalarla razılaşmasa, hərbi əməliyyatlar qaçılmaz olacaq. Bu, Azərbaycanın haqqıdır. Əgər münaqişə dinc yolla həllini tapmasa, Azərbaycanın müharibə etməkdən başqa seçimi qalmır»- deyə, politoloq qeyd edib.