YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Dünyaya gənclər siyasəti ilə bağlı yeni model təqdim etmişik

Bu gün bütün gənclərin bayramıdır. Ən sevimli məqam odur ki, bu gün Gənclər Gününün 20 ili tamam olur. Bu müddət ərzində çoxlu işlər həyata keçirilib".

Bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, hər il bir çox tədbirlər həyata keçirilir: "Keçən il gənclər proqramına aid olan 150-dən çox tədbir keçirilib ki, onların 30-u beynəlxalq tədbirdir. Biz demək olar ki, dünyaya gənclər siyasəti ilə bağlı yeni bir model təqdim etmişik. Ötən gün Birləşmiş Millətlər Təşkilatının Gənclər Forumunda hesabatda bu istiqamətdə hansı işlər aparılması barədə ətraflı məlumat verdik. Düşünürəm ki, gələcəkdə də bizim işimiz çoxdur".

A.Rəhimov deyib ki, daim çalışırıq ki, ətrafımızda daha çox gənclər birləşsin: "300-dən artıq qeyri-hökümət gənclər təşkilatı fəaliyyət göstərir, çoxlu layihələr dəstəklənir. Ən böyük mükafatımız isə odur ki, cənab Prezident tərəfindən 2014-cü ildə gənclər mükafatı təsis olunub".

Nazir, həmçinin 2014-cü ildən hər bir fəal 4 gəncə bu mükafatın təqdim olunduğunu da qeyd edib: "Bu gün də biz bunun şahidi olacağıq. Bunlar bizim gəncləri ruhlandırır, onları böyük işlərə cəlb edir. Biz hər zaman çalışırıq ki, nazirlik kimi həmişə bu işlərə dəstək olaq, gənclərlə bir yerdə olaraq onların bütün ideya və layihələrini həyata keçirməyə kömək edək".