YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Salman Xodadadi: Azərbaycan Prezidentinin “İslam Həmrəyliyi İli” təşəbbüsü qlobal miqyasda böyük əhəmiyyət daşıyır

Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi qlobal miqyasda böyük əhəmiyyət daşıyır.

Bu fikri İran İslam Şurası Məclisinin (parlament) deputatı, İran-Azərbaycan parlamentlərarası işçi qrupunun həmsədri Salman Xodadadi deyib.

Deputat qeyd edib ki, dünyada baş verən siyasi proseslər bu gün İslam həmrəyliyini zərurətə çevirib. Azərbaycan Prezidenti tam səmimiyyətlə İslam ölkələrinin birliyini arzulayan böyük siyasi xadimdir. Birlik, həmrəylik, əməkdaşlıq həmişə inkişafa və tərəqqiyə səbəb olur. Prezident İlham Əliyev də dünya xalqlarının sülh və sabitlik şəraitində yaşamasını istəyən bir lider kimi İslam dünyasını birliyə səsləyir.

S.Xodadadi bildirib ki, Azərbaycan Prezidenti əməli fəaliyyəti ilə də birliyin və həmrəyliyin tərəfdarı olduğunu sübuta yetirib. İslam humanizm, insanpərvərlik dinidir. Prezident İlham Əliyevin siyasəti də məhz humanizmə əsaslanır.