YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Əminəm ki, parlamentin yaz sessiyası uğurla keçəcək

«Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi islahatları dəstəkləmək üçün parlament öz öhdəsinə düşən vəzifələri uğurla həyata keçirmişdir. Ötən sessiyada Vergi və Gömrük məcəllələrinə, Mülki Məcəlləyə, “Büdcə sistemi haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Elektron ticarət haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və digər qanunlara çoxsaylı dəyişikliklər edilmiş, “Kredit büroları haqqında” və başqa qanunlar qəbul olunmuşdur. Əminəm ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə görülən işlər nəticəsində geniş miqyaslı islahatlar ən yaxın zamanda öz müsbət nəticələrini verəcəkdir». Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov bu gün parlamentin yaz sessiyasının açılışı zamanı deyib.

O.Əsədov bildirib ki, bu ilin yaz sessiyasının qanunvericilik işləri planı hazırlanmışdır. Onun sözlərinə görə, bu sessiyada biz digər qanun layihələri ilə yanaşı, Konstitusiyada nəzərdə tutulduğu kimi Hökumətin hesabatını dinləyəcəyik.

«Bundan əlavə, 2016-cı ilin dövlət büdcəsinin icrası haqqında məsələ parlamentin müzakirəsinə çıxarılacaqdır. Yaz sessiyasının iclaslarında Hesablama Palatasının illik fəaliyyəti haqqında hesabat, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik məruzələri də Milli Məclisdə dinləniləcəkdir. Əminəm ki, parlamentin yaz sessiyası da uğurla keçəcəkdir»- deyə, O.Əsədov vurğulayıb.