YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzəcan Xəlilov: Görülən tədbirlər Azərbaycan iqtisadiyyatının ümumi inkişaf tendensiyasının davamlılığını təmin edir

«Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda səslənən fikirlər bir daha ölkəmizdə həyata keçirilən iqtisadi-sosial siyasətin çoxşaxəliliyini və uğurlu icrasını nümayiş etdirmiş oldu. Son 13 ildə reallaşdırılan sosial layihələr, infrastrukturların yenilənməsi istitqamətində həyata keçirilən əsaslı tədbirlər, yeni iqtisadi münssibətlər sisteminin formalaşmasına xidmət göstərən qanunların tətbiqi, o cümlədən bölgələrdə sahibkarların fəaliyyətinin stimullaşdırılması bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti öz inkişaf yolunda inamla irəli gedir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili siyasət insanlarımızın rifahını, regionlarımızın inkişafını təmin edib». Bu fikirləri yap.org.az saytına  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mirzəcan Xəlilov deyib.

M.Xəlilov  bildirib ki, indiyə qədər 3 mərhələdə reallaşdırılan regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrası istiqamətində mühüm tədbirlər görülüb. Adıçəkilən konfransda da qeyd edildiyi kimi, dövlət proqramlarından irəli gələn vəzifələrin və ötənilki konfransda ölkə Prezidentinin verdiyi tapşırıqların icrası istiqamətində hesabat dövründə regionların inkişafına 4 milyard manat vəsaitin yönəldildiyini önə çəkən M.Xəlilov bu vəsatin bölgələrdə qeyri-neft sektorunun inkişafına, sahibkarlığın stimullaşdırılmsına böyük töhfələr verdiyini deyib: «Regionlar üzrə nəzərdə tutulan sənaye müəssisələrinin formalaşdırılması prosesi uğurla davam etdirilir. Ötən il qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında səmərəli təşviq mexanizmlərindən olan sənaye parklarının və zonalarının təşkili davam etdirilib. Konfransda da qeyd olunduğu kimi, Sumqayıt Kimya Sənaye Parkında «Azərtexnoline» zavodunda 750 nəfər işlə təmin edilib, ötən il istehsal edilmiş məhsulun 56 faizi ixrac olunub. Daha dörd müəssisə bu il, üç müəssisə isə gələn il fəaliyyətə başlayacaq, 800-ə yaxın yeni iş yeri açılacaq. Artıq digər regionlarımızda fəaliyyətə başlaması nəzərdə tutulan sənaye komplekslərinin istifadəyə verilməsi yönündə mühüm işlər aparılır. Möhtərəm Prezidentimizin vurğuladığı kimi, 2004-cü ildən bu günə qədər Azərbaycan sahibkarlarına təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilib. Atılan addımlar, görülən tədbirlər Azərbaycan iqtisadiyyatının ümumi inkişaf tendensiyasının davamlılığını təmin edir».