YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi üçün dəyişməz prinsiplər mövcuddur

«Fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi üçün dəyişməz prinsiplər mövcuddur. Bunlar, azərbaycançılıq  ideologiyası, Ulu öndər Heydər Əliyevin ideyalarına sadiqlik, cənab Prezident İlham Əliyevin siyasi xəttinin dəstəklənməsi və partiyamızın proqram və nizamnaməsində uyğun fəaliyyət göstərməkdir». Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, ötən illər ərzində YAP Gənclər Birliyi istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda yüzlərlə uğurlu layihənin təşkilatçısı və iştirakçısı olub. Onun sözlərinə görə, partiyamızın Gənclər Birliyinin həyata keçirdiyi tədbirlər həm məzmun, həm də forma baxımından bir-birini tamamlamış, bunun nəticəsi olaraq yeni-yeni üzvlər partiya sıralarına qəbul olunmuşlar.

«Məhz, buna görə Gənclər Birliyinin sıraları həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə artıb. 2017-ci il yanvarın 1-nə olan statistikaya görə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərinin sayı 268 559 nəfərdir. Təşkilatımız 2016-cı ildə də fəaliyyətini müxtəlif səpkidə quraraq Ulu öndər Heydər Əliyev siyasi ideyalarının təbliği, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasi xəttin dəstəklənməsi, azərbaycançılıq ideologiyasının gənclər arasında təbliği, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi vacib əhəmiyyət kəsb edən tədbirlər həyata keçirib, bu istiqamətdə müxtəlif aksiyaların təşkilatçısı olub. Ötən  il ərzində həyata keçirilən tədbirlər öz unikallığı və əhatə dairəsinə görə fərqlənib, bunun nəticəsi olaraq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sıralarına yeni üzvlər daxil olmuşlar»- deyə, S.Orucov qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv