YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: 2017-2018-ci illərdə də Azərbaycan iqtisadiyyatı irəliləyən templərlə inkişaf edəcək

Azərbaycan bu böhrandan demək olar ki yan keçdi.

Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən "İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri" adlı elmi-praktik konfransda deyib.

Z.Əsgərovun sözlərinə görə, ümumiyyətlə, iqtisadiyyatın təhlükəsizlik məsələsi hazırda Azərbaycanda aparıcı istiqamətlərdən biridir: "Bilirsiniz ki, dünyada iqtisadi-ticari böhran hələ də davam edir. Azərbaycan bu böhrandan demək olar ki yan keçdi. Amma müəyyən nəticələri bizə də toxundu. Buna baxmayaraq, 2016-cı ili çox yüksək göstəricilərlə başa vurduq. Əminəm ki, 2017-2018-ci illərdə də Azərbaycan iqtisadiyyatı irəliləyən templərlə inkişaf edəcək və gələcəkdə gömrük orqanlarının və Azərbaycanın iqtisadi təhlükəsizlik sistemində xüsusi rol oynayan digər orqanların da inkişafını görəcəyik".