YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı dövlət siyasətinin əsasında dayanan məsələlərdən biridir

«Sosial məsələlər, əhalinin rifah halının yüksəldilməsi hər zaman ölkə Prezidentinin diqqət mərkəzindədir». Bu fikri yap.org.az saytına YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

 Müxtəlif aztəminatlı ailələrin, təqaüdçülərin, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin soisal problemlərinə hər zaman həssaslıqla yanaşıldığını önə çəkən komitə sədri qeyd edib ki, mütəmadi olaraq imzalanan Fərman və sərəncamlara əsasən əməkhaqları, pensiyalar artırılır, yeni sosial obyektlər istifadəyə verilir, insanları narahat edən məsələlər aradan qaldırılır. Onun sözlərinə görə, bu gün hər bir vətəndaş dövlətin diqqət və qayğısını hiss edir. Ölkə Prezidentinin müvafiq fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsini də mühüm addım kimi qiymətləndirən E.İbrahimov  bu faktı həyata keçirilən uğurlu sosial siyasətin davamı adlandırıb.

«Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı isə dövlət siyasətinin əsasında dayanan məsələlərdən biridir. Prezident İlham Əliyev mütəmadi olaraq qaçqın və məcburi köçkünlərlə görüşür, onların problemləri ilə yerində tanış olur, mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm tapşırıqlar, göstərişlər verir. Məcburi köçkünlərə vahid aylıq müavinətin təyinatı, onun ünvanlılığının təmini bir sıra kontekstlərdən mühüm əhəmiyyətə malikdir. Bu, sosial ədalətin tam təminatıdır. İkinci bir tərəfdən isə, bu addım şəffaflığın təminatında da əsaslı rol oynayacaq. Digər tərəfdən, kommunal xidmətlərdən istifadədə qənaət edən şəxslər veriləcək müavintələri şəxsi məqsədlərinə yönəltmək imkanı əldə edəcəklər. Ən əsası isə bu prosesdə bir sıra sənədləşmə işləri vardı ki, bu da sadələşləcək. Yəni, əvvəllər məcburi  köçkün ailələri onlara verilən kommunal xidmətlərlə bağlı limitləri təsdiqlətmək üçün bir sıra arayışlar təqdim etməli, onları təsdiqlətməli idilərsə, artıq buna ehtiyac qalmayacaq. Artıq həmin məbləğ şəxslərə təqdim olunacaq. Yəni, proses asanlaşdırılıb. Ölkə Prezidenti məcburi köçkün vətəndaşlarımızın yanında olduğunu, onların rifah halının yüksəldilməsi üçün çalışdığını bir daha bu Fərmanla ortaya qoymuş oldu»- deyə, E.İbrahimov vurğulayıb.

Dövlət başçısının Cəbrayıl rayonunun erməni işğalından azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamının əhəmiyyətinə də toxunan YAP İdarə Heyətinin üzvü bu qərarın bütün xalqımzda böyük ruh yüksəkliyi yaratdığını deyib. «Bu, o deməkdir ki, əgər bu gün Cocuq mərcanlıya qaıdırıqsa, sabah da Laçına, Şuşaya və digər ərazilərimizə qayıdacağıq. Ölkə Prezidentinin məlum  Sərəncamı bu baxımdan da yüksək dəyərə malikdir»- deyə, E.İbrahimov qeyd edib.  

DİGƏR Xəbərlər Arxiv