YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Sadıqov: Cocuq Mərcanlıya qayıdış böyük qayıdışın başlanğıcıdır

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı çox ciddi bir addımdır. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov bildirib ki, bu sərəncamla Azərbaycan xalqının çoxdan arzuladığı istəyi həyata keçir:

“Düşməndən geri alınmış azad Azərbaycan torpağına qayıdışın əsası qoyulur. Cənab Prezidentin imzaladığı sərəncamda qayıdışla bağlı bütün məsələlər öz əksini tapıb. Ancaq bu sərəncamın mənəvi tərəfi qeyri-adi dərəcədə yüksəkdir”.

Deputat bildirib ki, aprel döyüşlərində çox mühüm və əsaslı dönüşə nail olundu:

“Ermənilər təxribat törədərək Azərbaycanı qorxutmaq istəyirdilər. Amma əvəzində Azərbaycan ordusu erməni ordusuna elə bir zərbə vurdu ki, səsi bu gün də eşidilməkdədir. Ermənilər təkcə məğlub olmadılar, sındırıldılar, nəinki Qarabağ torpağından, Yerevandan da baş götürüb qaçırdılar. Bu gün də nə Ermənistan, nə onun kriminal rəhbəri özünə gəlib, nə danışdığını, nə etdiyini başa düşmür, çünki onların alınmaz saydıqları istehkamları aldıq, möhkəmləndirilmiş sərhədlərini darmadağın etdik, silahlarımızın sadəcə bir qisminin gücünü onlara göstərdik”.

B.Sadıqov deyib ki, bütün Azərbaycan xalqı çox böyük sevinc ilə bu qayıdışı müşahidə edir:

“Bu qayıdış böyük qayıdışın başlanğıcıdır. Bu qayıdışı biz tezliklə bütün torpaqlarımızda gerçəkləşdirəcəyik. Azərbaycan getdikcə inkişaf edir, ordusu güclənir, ölkəmizin səsi hər yerdə eşidilir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Ermənilər nə qədər sülhə tez gəlsələr, bu, onların özlərinin xeyrinədir. Nə qədər geciksələr, Ermənistanda da adam qalmayacq, ikinci aprel hadisələrində isə Azərbaycanın qalan silahlarının da gücünü ermənilər görəcəklər”.

DİGƏR Xəbərlər Arxiv