YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Vətəndaşların əmək pensiyalarının sıgorta hissəsini təşkil edən məbləglər müxtəlif olduğundan bu artımların da məbləgi müxtəlif olacaq

«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 yanvar 2017- ci il tarixli sərəncamı ilə 01 yanvar 2017 –ci il tarixdən əmək pensiyalarının sıgorta hissəsinin artırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq , 01 yanvar 2017 –ci il tarixinə bütün növ əmək pensiyalarının siğorta hissəsinin indeksləşdirilməsini təmin etməlidir. Ötən il respublikamızda istehlak qiymətlərinin 12,4 faizlik indeksi qeydə alınıb. Bu sərəncama əsasən sığortalananlar üzrə ödənilən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə respublika üzrə hər ay təqribən 10,21 milyon manat, il ərzində isə 122,5 milyon manat əlavə vəsait sərf olunacaq. Ümumilikdə pensiyaların sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 94 faizinə və ya 1 milyon 240 min nəfərə şamil olunacaq.

«Vətəndaşların əmək pensiyalarının sıgorta hissəsini təşkil edən məbləglər müxtəlif olduğundan bu artımların da məbləgi müxtəlif olacaq. Fevral ayının ödənişi onların sığorta hissəsinin yanvar və fevral aylarındakı artımları ilə birlikdə həyata keçriləcək. Dövlət başçısının 21 yanvar 2017- ci il tarixli digər sərəncamı ilə 01 yanvar 2017 – ci il tarixdən minimum aylıq əmək haqqının məbləği 116 manat müəyyən edilib. Qeyd etmək lazımdır ki 2003-cü ildən 2017-ci ilə kimi minimum aylıq əmək haqqının məbləği 11,7 dəfə artırılmışdır. Bu növbəti artım ölkə üzrə təqribən 146 min nəfərə şamil olunacaq və bu şəxslərin gəlirləri 40,3 milyon manata kimi artacaq»- deyə, R.Əliyev vurğulayıb.