YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci vitse-spiker: Azad olunmuş torpaqlarda vətəndaşlar üçün infrastruktur tikilib qurulacaq

“Azad olunmuş torpaqlarda sosial obyektlər, vətəndaşlar üçün infrastruktur tikilib qurulacaq. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa edilməsi bunun bariz bir nümunəsidir”.

Bunu Trend-ə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası haqqında dövlət başçısı tərəfindən sərəncamın verilməsi alqışlanmalıdır:

“Bunu bütün Azərbaycanın qələbəsi kimi dəyərləndirirəm. İnanıram ki, bütün torpaqlarımız işğaldan azad olunacaq. Azad olunmuş torpaqlarda sosial obyektlər, vətəndaşlar üçün infrastruktur tikilib qurulacaq. İşğal olunmuş ərazilər azad olunduqdan sonra bu quruculuq işləri davam etdiriləcək”.