YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Dövlətimiz davamlı olaraq məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atır

«Prezident İlham Əliyevin həm minimum aylıq əməkhaqqının artırılması, həm əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi, həm də məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərman və sərəncamları göstərir ki, sosial məsələlər, xüsusilə də əhalinin rifah halının yaxşılaşdırılması dövlətin hər zaman diqqət mərkəzindədir».  Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Onun sözlərinə görə, ölkəmizdə bu həssas təbəqəyə göstərilən diqqət bu gün də davam etməkdədir.

«Bütün çətinliklərə, eləcə də dünyada gedən qlobal iqtisadi böhrana baxmayaraq, ölkə başçısının məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı Fərman imzalaması göstərir ki, məcburi köçkünlərlə bağlı məsələ dövlətin daim diqqətindədir. Azərbaycan hökuməti davamlı olaraq məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atır»- deyə, S.Hüseynova vurğulayıb.