YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asim Mollazadə: ABŞ-ın yeni administrasiyası ölkəmizlə münasibətlərin daha da inkişaf etdirilməsinə çalışacaq

«ABŞ-ın yeni prezidentinin əsas marağı ölkəsini daha da güclü etmək, o cümlədən iqtisadiyyatı inkişaf etdirmək, Amerikada infrastruktur layihələr həyata keçirmək, yeni sərmayələr cəlb etməkdən ibarətdir. Yeni prezident ABŞ-ın dünyadakı nüfuzunu bərpa etməyə çalışacaq». Bu fikirləri Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib.

A.Mollazadə bildirib ki,  prezident seçkiləri zamanı cənab Trampın erməni lobbi dairələri, diasporu qarşısında hansısa öhdəlikləri olmayıb. Onun fikrincə, bu, Azərbaycanın maraqları baxımından yaxşı haldır.

«Bundan öncəki ABŞ administrasiyasının ən yüksək vəzifəli şəxsləri 907-ci düzəlişin müəllifləri idi. Onların erməni diasporu ilə sıx bağlantıları var idi. Məhz həmin şəxslərin "fəaliyyəti” sayəsində ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirilmişdi. Ümidvaram ki, ABŞ-dakı yeni administrasiya, məsul vəzifələrə təzəlikcə seçilmiş şəxslər Amerikanın milli maraqlarından irəli gələrək, Azərbaycanla da münasibətləri daha müsbət istiqamətdə formalaşdıracaqlar. Onlar Cənubi Qafqazın lider dövləti sayılan Azərbaycanla münasibətlərin ABŞ-ın maraqlarına uyğun olduğunu anlayaraq, bu münasibətlərin daha da inkişaf etdirilməsinə çalışacaqlar»- deyə, A.Mollazadə qeyd edib.