YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Davos Forumunda müzakirə olunan məsələlər çox aktualdır

«Davos Forumunda müzakirə olunan məsələlər çox aktualdır və  qlobal xarakter daşıyır». Bu fikri Milli Məclisin deputatı Əli Məsimli deyib.

Ə.Məsimli bildirib ki, bu mötəbər tədbirdə verilən qərarlar dünya iqtisadiyyatına təsir edir. Onun sözlərinə görə, Davos Forumu iqtisadi məsələlərlə əlaqədar mühüm tribunadır.

«Hər il Azərbaycan bu Forumda dövlət başçısı səviyyəsində təmsil olunur. Azərbaycan Prezidentinin Davos Forumunda iştiraki, bu  tədbirdə keçirdiyi görüşlər ölkəmiz üçün çox önəmlidir. Azərbaycan reallıqlarının həm bu yüksək tribunadan səsləndirilməsi, həm də müasir çağırışlara Azərbaycan Prezidentinin yanaşması ölkəmizin imicinə müsbət təsir edir. Bütövlükdə, Forumda ölkəmizin yüksək səviyyədə təmsilçiliyi Azərbaycanın maraqlarına uyğundur»- deyə, deputat qeyd edib.