YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Respublikamızda “İslam Həmrəyliyi İli”nin elan edilməsi İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə öz töhfəsini verəcək

«Təəssüf ki, İslam ölkələrini bir-birinə qarşı qaldırmaq, onlan arasında məzhəb və təriqət savaşlarına rəvac vermək istəyən xarici dairələr əvvəllər də olub, bu gün də var.  Şübhəsiz ki, 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli”nin elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların qarşısının alınması və İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə öz töhfəsini verəcək». Bu fikirləri yap.org.az saytına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı xatırladıb ki, bu il Azərbaycanda həm də “IV İslam Həmrəyliyi Oyunları” keçiriləcək. Buna paralel olaraq 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı İslam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə çox böyük təsir göstərəcək.

«Bir məsələyə xüsusilə toxunmaq istəyirəm ki, ölkə Prezidentinin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi və bu il çərçivəsində görüləcək işlərdə təkcə din amili nəzərə alınmayıb. Din burada müəyyən rol oynayır, amma İslam ölkələrinin müxtəlif sahələrdə biri-birinə dəstək olması, nəzərdə tutulan fəaliyyət istiqamətləri qəbul olunacaq “Tədbirlər Planı”nda da öz əksini tapacaq»- deyə, M.Qurbanlı vurğulayıb.