YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Karim İfrak: 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi müstəsna təşəbbüsdür

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi müstəsna təşəbbüsdür. Eyni zamanda, böyük ambisiya və bütün İslam ölkələri üçün məmnuniyyət doğurur. Azərbaycan bu il IV İslam Həmrəyliyi Oyunları kimi möhtəşəm tədbirə ev sahibliyi edəcək. Azərbaycanın ev sahibliyi ilə İslam idmanı yenidən dirçələcək və beynəlxalq səviyyəli xarakter alacaq.

Bu sözləri Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin islamoloqu Karim İfrak AZƏRTAC-a müsahibəsində söyləyib.

Karim İfrak bildirib ki, adətən müsəlman dünyasının daha çox mədəniyyət aspektlərinə toxunulur və ondan danışılır, ancaq idman yada düşmür. Azərbaycan məhz bu təşəbbüsü ilə İslam dünyasının idman aspektinin bütün dünyada tanınmasına çalışır.

O qeyd edib ki, Azərbaycanı əvvəlcə İslam və İslam sivilizasiyası üzrə elmi tədqiqatları zamanı tanıyıb. Karim İfrak Parisdəki Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzi vasitəsilə ölkəmizlə, onun mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazanıb.

İslamoloq Azərbaycan mədəniyyətinin çox qədim və zəngin olduğunu bildirib.

DİGƏR Xəbərlər Arxiv