YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Olimpiya Akademiyasının prezidenti Bakıya gələcəkdir

Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos II Qlobal Müştərək Cəmiyyətlər Forumun işində iştirak etmək üçün aprelin 26-dan 29-dək Bakıda səfərdə olacaqdır.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, İsidoros Kuvelos artıq bir neçə dəfə Bakıda olmuş və müvafiq qurumlarla Akademiya ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları çərçivəsində həyata keçiriləcək layihələrə dair müzakirələr aparmışdır.

1961-ci ildə Yunanıstanda təsis olunmuş Akademiya Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında fəaliyyət göstərir və mütəmadi olaraq idmanın fəlsəfi və ideoloji problemlərinə, Olimpiya Hərəkatının tarixinə və digər məsələlərə həsr olunmuş seminarlar təşkil edir.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumunda çox sayda sabiq dövlət və hökumət başçısı ilə yanaşı, bir sıra beynəlxalq qurumların rəhbərləri və təmsilçiləri də iştirak edəcəklər.