YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: 2016 –cı il Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın diplomatik və hərbi aktivliyin maksimuma çatması ilə xarakterizə olundu

«2016 –cı il Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın diplomatik və hərbi aktivliyin maksimuma çatması, Ermənistanın təslimçilik əhval-ruhiyyəsi ilə xarakterizə olundu». Bu fikri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, ötən ilin əvvəlində Azərbaycan tənzimlənmənin siyasi-diplomatik, Ermənistan isə  hərbi inkişaf yolunu aktivləşdirdi. Onun sözlərinə görə, AŞPA-da Azərbaycanın təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsi barədə iki qətnamənin geniş müzakirə və onlardan biri qəbul edildi.

«Ermənistanın bütün dövlət resursları və dünya erməniliyi AŞPA-da o iki qətnamənin qəbul edilməsinin əleyhinə yönəlsə də, Avropa siyasi mühiti Ermənistanı rədd etdi, balans mövqeni seçdi. Digər tərəfdən, Ermənistan ordusu “statik müdafiə” konsepsiyasından imtina edib, “Ram edilmə, cilovlanma” sisteminə keçdi. Ermənistan miqdar disbalansını neytrallaşdırmağın keyfiyyətli həllini reallaşdırmaq niyyətində idi. Azərbaycan isə işğalçıların layiqli cavabını verdi. Aprel döyüşləri bunu sübut etdi. Bunnala da, Azərbaycan hərbi-coğrafi mövqeyini xeyli yaxşılaşdırdı. Azad olunan ərazilər və yüksəkliklər Ermənistan üçün daha ciddi məğlubiyyətləri qaçılmaz edib»- deyə, politoloq qeyd edib.

DİGƏR Xəbərlər Arxiv