YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji Yol Xəritəsinin icrası nəticəsində tranzit və ümumi daşımalarda artım gözlənilir

Strateji Yol Xəritəsinin icrası nəticəsində tranzit və ümumi daşımalarda, ikitərəfli və çoxtərəfli daşımalarda artım gözlənilir.

Bu barədə TRASEKA nəqliyyat dəhlizi layihəsinin hökumətlərarası komissiyasının Azərbaycan üzrə Milli katibi Akif Mustafayev “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” ilə bağlı fikir bildirərkən deyib.

O bildirib ki, tranzit və ümumi daşımalarda artım təxminən 30 faizdən yuxarı gözlənilir.

“Azərbaycanda logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə, həmçinin qeyd edilib ki, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində Azərbaycanın rəqabətqabiliyyətliliyini təmin etmək üçün sərhəd-keçid prosedurları sadələşdiriləcək.

Azərbaycanın rəqabətqabiliyyətliliyini təmin etmək məqsədilə sərhəd-keçid prosedurlarının sadələşdirilməsi üçün idxal-ixrac əməliyyatlarına və tranzit yüklərinin daşınmasına sərf olunan vaxt və xərclər optimallaşdırılmalı, beynəlxalq dəhlizlər boyu yol infrastrukturları genişləndirilməli, yenidənqurma işləri və tikinti layihələri başa çatdırılmalı və beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Ekspertlər hesab edir ki, Azərbaycanda həyata keçirilən çox mühüm infrastruktur layihələr ölkəmizi dünyanın ən böyük logistika mərkəzlərindən birinə çevirəcək.

Strateji Yol Xəritəsinə əsasən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Heydər Əliyev Beynəlxalq Aeroportu və ölkənin daxili ticarət şəbəkəsinə çevik inteqrasiyasını təmin etmək üçün avtomobil və dəmir yolu əlaqələri gücləndiriləcək. Rayonlararası əlaqələrin yaxşılaşdırılması məqsədilə avtomobil yollarının tikintisi və təmiri prioritet olacaq. Yükdaşıma həcmi iqtisadi səmərəliliyi təmin edəcək səviyyəyə çatdıqdan sonra dəmir yolu əlaqələri də qurulacaq. Daha sonra qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün sahilboyu ərazilərdə yeni logistika və ticarət mərkəzlərinin yaradılmasına başlanılacaq.