YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rufiz Qonaqov: Azərbaycan səylərini bundan sonra da davam etdirəcək

«Cənab Prezidentin müəyyən etdiyi siyasi-iqtisadi kurs  bu  il də uğurla davam etdiriləcək». Bu fikri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib.

 R.Qonaqov bildirib ki, qanunvericilikdə həyata keçirilmiş dəyişikliklər, dövlət başçısının təsdiq etdiyi Strateji Yol Xəritələrinin həyata keçirilməyə başlanması ölkədə biznes mühitinin yaxşılaşmasına və özəl sektorun inkişafına səbəb olacaq.

 «Bir çox iqtisadçı ekspertlər hesab edirlər ki, 2017-ci il ölkə iqtisadiyyatında dönüş ili olacaq və gələcək inkişafımızın yeni əsasları formalaşacaqdır. Hesab edirəm ki, siyasi islahatlar da bu il uğurla davam etdiriləcək. Dünyada sülh və əmin-amanlığın təmin olunmasına çalışan Azərbaycan bu istiqamətdə səylərini davam etdirəcək. Düşünürəm ki, 2017-ci  ildə də  ölkəmizdə siyasi sabitlik, iqtisadi inkişaf tempi qorunub saxlanacaq»- deyə, R.Qonaqov deyib.

DİGƏR Xəbərlər Arxiv