YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurlana Əliyeva: Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycanın qarşısında yeni-yeni imkanlar açır

«Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti Azərbaycanın qarşısında yeni-yeni imkanlar açır. Bu baxımdan böyük inam və fəxrlə deyə bilərik ki, gələcəyimiz bundan da uğurlu  olmalıdır. Çünki gələcəyimizin düzgün təməli qoyulub». Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva deyib.

N.Əliyeva bildirib ki, ölkəmizdə azərbaycançılıq ideologiyası hökm sürür.  Bu gün gənclərimizin düzgün formalaşması istiqamətində ciddi addımlar atılır. Onun sözlərinə görə, gənclərimizin daha geniş arenalara çıxması üçün  böyük  səylər göstərilir.

«Bugünkü inkişafı  20 il bundan öncə arzu edirdik. Artıq arzularımız gersəkləşdikcə yeni-yeni hədəflər gündəmə gətirilir. Bu hədəflər Azərbaycanın uğurlu gələcəyi üçündür. Gələcəyimiz üçün isə gənclərimiz daha da inkişaf etməli, təhsilini yüksək səviyyədə qurmalıdır. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun. Belə bir vətəndaşın yetişməsində Azərbaycan qadınının, anasının məsuliyyəti böyükdür.  Bu birliyin yeni hədəflərin gerçəkləşməsində öz payı var. Çalışırıq ki, bu pay daha da artsın»- deyə, N.Əliyeva qeyd edib.