YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Ölkəmizin modernləşmə vüsətinə və tempinə görə dünyada ən qabaqcıl mövqeyə malik olması hamılıqla etiraf olunur

«Bu gün tam əminliklə deyə bilərik və deyirik ki, Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir. Eyni zamanda, həqiqətin etiraf olunmalı digər tərəfi ondan ibarətdir ki, bu ideyalar müasir çağırışlara tam adekvatdır, ölkəmizin müasirləşməsi, modernləşməsi, çağdaş dünyanın inkişaf meyillərinə cavab verir». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, ölkəmizin modernləşmə vüsətinə və tempinə görə dünyada ən qabaqcıl mövqeyə malik olması hamılıqla etiraf olunur. Onun sözlərinə görə, Azərbaycanın tolerantlıq modeli, multikulturalizm mərkəzi kimi bütün dünyada tanınması da artıq heç kimə sirr deyil.

«Eyni fikirləri çox qısa zaman kəsiyində ölkəmizin beynəlxalq miqyaslı mədəniyyət mərkəzinə, sürətlə inkişaf edən idman ölkəsinə çevrilməsi ilə əlaqədar söyləyə bilərik. Azərbaycanın yüksək səviyyəli beynəlxalq siyasi və iqtisadi diskussiyalar arenasına çevrildiyi həqiqətinin getdikcə daha geniş şəkildə etiraf olunduğunu, güman edirəm ki, unutmaq olmaz. Yaxud ən müasir yüksək və dəqiq texnologiyalar sahəsində nailiyyətlər, dərin iqtisadi islahatlar və müasir idarəetmə metodları - bütün bunların hamısı müasir Azərbaycanı səciyyələndirən xüsusiyyətlərdir. Heydər Əliyev Azərbaycanın gələcəyini məhz belə təsəvvür edirdi və Onun irs olaraq qoyub getdiyi ideyalar həmin məqsədlərə xidmət göstərir. Ümummilli liderin ideyalarına istinad edən Prezident İlham Əliyev Azərbaycanın Onun arzu etdiyi gələcəyini qurdu. İndi isə daha da inkişaf etdirilməsi, daha da müasirləşməsi və modernləşməsi vəzifəsini uğurla həyata keçirir. Mayak rolunu isə həmişə olduğu kimi, Heydər Əliyev ideyaları oynayır»- deyə, Əli Əhmədov vurğulayıb.