YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Naxçıvan-Məşhəd-Naxçıvan qatarı ilə ildə 12 mindən çox sərnişin daşınacaq

Dekabrın 29-da Naxçıvanda Naxçıvan-İran biznes-forum keçiriləcək və həmin gün yeni dəmir yol xətti işə salınacaq.

Bunu Azərbaycan-İran iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının dekabrın 27-də Bakıda keçirilən 11-ci iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, Naxçıvan-Məşhəd-Naxçıvan qatarı vasitəsilə ildə 12 mindən çox sərnişin daşınacaq.