YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji Yol Xəritəsi: Azərbaycanda gənc ailələrin ehtiyacları üçün hər il təxminən 30 min yeni mənzil satılır

Azərbaycanda gənc ailələrin ehtiyaclarına uyğun olaraq, hər il təxminən 30 min yeni mənzil satılır. Mənzil İnşaatı Dövlət Agentliyinin ilkin məqsədi daşınmaz əmlak bazarının hər il 10 faizini təşkil edən uyğun qiymətə (güzəştli) yeni mənzillərin (təxminən 3 min mənzil) satılmasından ibarət olacaq.

Bu barədə “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilib.

Bu artım uyğun qiymətə mənzillərin sayının lazımi səviyyədə və mənzil bazarında tarazlığı pozmadan artmasına səbəb olacaq.

Agentliyin mənzil təminatı ilə bağlı hədəfləri real mənzil bazarının göstəriciləri əsasında hər il yenilənəcək və belə hədəfləri müəyyən edərkən eyni təşəbbüsləri həyata keçirən digər ölkələrdə müəyyən edilmiş əsas faktlar nəzərə alınacaq.