YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir qrup hərbi qulluqçuya polkovnik hərbi rütbəsi verilib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə növbəti polkovnik hərbi rütbəsi verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi qulluqçularla görüşən Z.Həsənov onlara xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Nazir Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimizdə görülən irimiqyaslı quruculuq işlərindən, son vaxtlar dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Vurğulanıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqətə cavab olaraq hər bir hərbi qulluqçu üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.