YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji Yol Xəritəsi: Mediasiya Şurasının yaradılması nəzərdən keçiriləcək

Mediatorların fəaliyyətinin təşkili və əlaqələndirilməsi məqsədilə müvafiq dövlət qurumlarının iştirakı ilə Mediasiya Şurasının yaradılması nəzərdən keçiriləcək.

Bu barədə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə bildirilir.

Sənəddə deyilir ki, Mediasiya Şurası müvafiq icra hakimiyyəti orqanının təşkil etdiyi müsabiqənin nəticələri əsasında təyin edilən üzvlərdən ibarət olacaq. Şura haqqında əsasnamə hazırlanacaq, şuranın səlahiyyətləri müəyyənləşdiriləcək və fəaliyyəti təmin ediləcək.

Mübahisələrin məhkəməyəqədər həllinin alternativ üsullarının təkmilləşdirilməsi üçün mediasiya haqqında qanunun qəbulu nəzərdən keçiriləcək. Qanunda mediasiyanın tətbiq dairəsi, məqsəd və prinsipləri, könüllülük və mediasiya tərəflərinin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların müstəqilliyi və qərəzsizliyi, mediasiya proseduruna müdaxilənin yolverilməzliyi və s. məsələlər əhatə olunacaq.

Əsas icra göstəriciləri: Kiçik və Orta Sahibkarlıq subyektlərində mübahisələrin məhkəməyəqədər həlli göstəricilərinin 2020-ci ilə qədər 2 dəfə yaxşılaşdırılması; mübahisələrin məhkəməyəqədər həllinin alternativ üsullarının təkmilləşdirilməsi üçün mediasiya haqqında qanunun qəbul edilməsi; Mediasiya Şurasının yaradılması.