YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəriman Əliyev: Aparılan islahatlar nəticəsində iqtisadiyyat qlobal çağırışlara yüksək dayanıqlılıq nümayiş etdirir

«Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanıqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalaşıb. Bu modelin reallaşdırılmasının nəticəsidir ki, oturuşmuş iqtisadi sistem yaradılıb, makroiqtisadi sabitlik təmin edilib». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Nəriman Əliyev deyib.

N.Əliyev bildirib ki, ölkəmizdə aparılan siyasət, həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı proqramı inkişaf dinamikasını daha da sürətləndirir. Onun sözlərinə görə, ümumilikdə, aparılan düşünülmüş və çevik siyasət inkişaf proseslərinə yüksək dinamizm verib, Azərbaycan iqtisadiyyatının miqyası 2003-cü illə müqayisədə dəfələrlə böyüyüb, keyfiyyətcə yeni mərhələyə yüksəlib.

«Əldə olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə məntiqi ardıcıllıqla aparılan islahatlar əsasında iqtisadiyyatın qlobal çağırışlara yüksək dayanıqlılıq nümayiş etdirməsinin, əhalinin sosial rifahının yüksəlməsinin və milli təhlükəsizlik potensialının güclənməsinin əyani sübutudur. Ulu öndər Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyən edilmiş neft strategiyasının icrası və Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Bilirsiniz ki, hazırda dünyada mürəkkəb qlobal proseslər baş verir və dünyada iqtisadi-maliyyə böhranı hökm sürür. Təbii ki, Azərbaycan dünyanın bir parçası olduğu üçün bu proseslər ölkəmizdən də yan ötmür. Amma Prezident İlham Əliyevin düşünülmüş siyasəti nətiəsində böhran minimum səviyyədə iqtisadiyyatımıza təsir edib. Hazırda dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə islahatların yeni mərhələsi həyata keçirilir ki, bu da gələcək inkişafımızı təmin edən əsas faktorlardan biridir»- deyə, N.Əliyev qeyd edib.