YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Səhiyyə islahatları həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir

«Azərbaycanda müvafiq  sahələr üzrə ardıcıl olaraq islahatlar aparılır». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bu mənada səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Onun sözlərinə görə, səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması sözügedən istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir.

«Ümumiyyətlə, beynəlxalq ekspertlər də qeyd edir ki, ölkəmizdə səhiyyənin güclü maddi-texniki bazası yaradılıb. Kifayət qədər səriştəli, savadlı kadr potensialı formalaşıb. Səhiyyə islahatlarının uğurla davam etdirilməsi birbaşa ölkə Prezidentinin diqqəti və nəzarəti altındadır. Eyni zamanda, səhiyyənin həm dövlət, həm də özəl sektoru inkişaf edir. Ölkəmizin bütün regionlarında müasir tibb ocaqları fəaliyyətdədir və tibb xidmət göstərmək üçün həm kadr potensialı, həm də maddi-texniki baza var. Şübhəsiz ki, səhiyyə inkişaf etdikcə, yeni texnologiyalar, yeni münasibətlər meydana çıxdıqca onun hüquqi bazasının da təkmilləşməsinə ehtiyac yaranır. Bu baxımdan, parlamentin Səhiyyə komitəsi zərurət yarandıqca yeni qanun layihələrini hazırlayıb müzakirələrə təqdim edəcək»- deyə, M.Quliyev vurğulayıb.