YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Biz İsrail ilə müdafiə sahəsində əməkdaşlığın səviyyəsindən çox razıyıq

İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır. Bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib. Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq. Bu əməkdaşlıq artıq bir neçə ildir davam edir.

Bu fikirləri Prezident İlham Əliyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuata bəyanatında səsləndirib.

Prezident Azərbaycandakı yəhudiləri və İsraildə əsasən Azərbaycandan olan yəhudilərdən ibarət Azərbaycan diasporunu ikitərəfli əlaqələrimizin mühüm amili kimi dəyərləndirərək deyib: “Azərbaycandakı yəhudi icması cəmiyyətimizin çox fəal hissəsidir. Onlar müasir Azərbaycanın inkişafına çox töhfələr verirlər. Xalqlarımız arasındakı sıx əlaqələr ikitərəfli əlaqələrimizdə çox mühüm amildir”.

Dövlət başçısı yəhudilərin Azərbaycanda özlərini evlərindəki kimi hiss etdiklərini vurğulayaraq diqqətə çatdırıb ki, ölkəmizdə beşi Bakıda olmaqla 7 sinaqoq, yəhudi məktəbləri var.