YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Dünya Əqli Mülkiyyət Təşkilatının hesabatında ön sıralarda qərarlaşıb

Dünya Əqli Mülkiyyət Təşkilatının “2014-cü il qlobal innovasiya indeksi: innovasiyada insan amili” adlı hesabatında Azərbaycan ön sıralarda qərarlaşıb.

Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyindən bildirilib ki, hesabatda 143 ölkə arasında 81 göstərici üzrə müqayisəli təhlil aparılıb. Azərbaycan biznesin qurulmasının asanlığı (13-cü yer), bazarın mükəmməlliyi (26-cı yer), mikromaliyyələşdirmə kreditləri (15-ci yer), sərmayə (10-cu yer), sərmayədarların qorunmasının asanlığı (21-ci yer), qeyri-kənd təsərrüfatı sahəsində bazara giriş tarifi (9-cu yer), birbaşa investisiyaların xaricə axını (8-ci yer), informasiya-kommunikasiya texnologiyaları və təşkilati modelin yaradılması (23-cü yer) göstəriciləri üzrə ön sıralarda yer alıb.

Qlobal innovasiya indeksi aşağıdakı meyarları özündə ehtiva edir: institutlar, insan kapitalı və tədqiqat, infrastruktur, bazarın, biznesin mükəmməlliyi, bilik və texnologiya səmərəliliyi, yaradıcı səmərəlilik.

Hesabatın məqsədi dünya iqtisadiyyatlarının innovasiya bacarıqlarının və yekunlarının sıralanmasından ibarətdir. Qlobal innovasiya indeksi innovasiya üzrə müraciət edilən ən başlıca istinaddır.

 

DİGƏR Xəbərlər Arxiv