YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft məhsullarının ixracının artırılması istiqamətində mühüm addımlar atılır

«Prezident İlham Əliyevin rəhbərliyi altında dayanıqlı iqtisadi artımın 2017-ci ildən başlayaraq bərpa olunması üçün sistemli  işlər görülür. Bu məqsədlə cari ildə makroiqtisadi sabitliyin bərqərar olunması, struktur və digər islahatların sürətlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft məhsullarının ixracının artırılması istiqamətində mühüm addımlar atılır. Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsi geniş təhlil olunaraq hazırlanıb.

«Həyata keçirilən tədbirlərin başlıca məqsədi ölkədəki makroiqtisadi sabitliyi təmin etməkdir. Bu yöndə düşünülmüş siyasətin həyata keçirilməsi qarşıdakı hədəflərə nail olmağa imkan verəcək»- deyə, deputat qeyd edib.