YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyəli tələbələr: Heydər Əliyevin xilaskarlıq missiyasından qürur duyuruq

İstanbuldakı Yedditəpə Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə universitetin professor, müəllim və tələbə heyəti iştirak edib.

İstanbuldakı baş konsulluğumuzun təşkilatçılığı ilə keçirilən mərasimdə əvvəlcə ulu öndər Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən sənədli film nümayiş etdirilib.

Ulu Öndərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Mərasimdə Azərbaycanın İstanbuldakı baş konsullu Məsim Hacıyev, Yedditəpə Universitetinin təsisçisi Bedreddin Dalan, Əməkdar İncəsənət Xadimi Məlahət Abbasova, universitetin müəllimi, rəssam Rafik Əzizov, tələbələr- Ece Çalışan, Burak Tunahan Ekincikl və Erdal Onur Esen çıxış ediblər.

Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycanın hərtərəfli inkişafı, o cümlədən təhsil sahəsində əldə olunan nailiyyətlərdən bəhs edən baş konsul Məsim Hacıyev xalqımızın xilaskar oğlunun siyasi hakimiyyəti dövrünün ayrı-ayrı mərhələləri barədə iştirakçılara geniş məlumat verib. Belə bir tədbirin keçirilməsinə ev sahibliyi etdiyi üçün Türkiyənin ən nüfuzlu təhsil müəssisələri arasında yer alan Yedditəpə Universitetinin rəhbərliyinə təşəkkürünü ifadə edən baş konsul diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunmasına və yüksəlişinə xüsusi diqqət yetirən Heydər Əliyevin həyata keçirdiyi inkişaf strategiyası hər iki ölkə üçün eyni dərəcəli əhəmiyyət daşıyıb. Odur ki, gənc nəslin, o cümlədən tələbələrin bu tarixi həqiqətlər barədə ətraflı məlumatlandırılması vacibdir.

Türk dünyasının böyük oğlu Heydər Əliyevin tarixi xidmətlərinin heç zaman yaddaşlardan silinməyəcəyini ifadə edən B.Dalan bildirib ki, 1986-cı ildə İstanbul Böyükşəhər bələdiyyəsinin sədri kimi keçmiş SSRİ-yə səfər edən zaman o vaxt sovetlər birliyinin ali rəhbərliyində təmsil olunan Heydər Əliyevlə Kremldə görüşüb. Ulu Öndərimizin onunla öz ana dilində söhbət etməsindən qürur duyduğunu və o zaman yaşadığı hissləri həmişə iftixarla xatırladığını qeyd edən B.Dalan diqqətə çatdırıb ki, Heydər Əliyevin müəyyən etdiyi nəhəng beynəlxalq layihələr yüzillər boyu insanlara fayda verəcək. Ulu Öndər tarixi, titanik fəaliyyəti ilə Azərbaycan və Türkiyə xalqlarının qəlbində özünə əbədi yer qazanıb.

M.Abbasova və R.Əzizov çıxışlarında qeyd ediblər ki, ulu öndər Heydər Əliyev elm və sənət adamlarına, mədəniyyətin bütün sahələrində əməyi olan insanlara daim diqqət və qayğı göstərib, bu sahənin inkişafı üçün mühüm qərarlar qəbul edib və onların gerçəkləşməsini təmin edib.

Çıxışçı tələbələr ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından qürur duyduqlarını diqqətə çatdırıblar. Belə bir tədbirin təşkilinə görə, minnətdarlıqlarını ifadə edən tələbə gənclər vurğulayıblar ki, Heydər Əliyevin zəngin və mənalı ömür yolu Azərbaycan və Türkiyə gəncləri üçün bundan sonra da örnək olacaq.

 

DİGƏR Xəbərlər Arxiv