YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: 2017-ci ilin dövlət büdcəsi əsaslı təhlil olunaraq hazırlanıb

«2017-ci ilin dövlət büdcəsi mövcud reallıqlara uyğun şəkildə hazırlanıb». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, dünyada qlobal proseslər baş verir və dünyadakı maliyyə-iqtisadi böhran hər bir ölkəyə təsir edir. Onun fikrincə, Azərbaycanda düşünülmüş iqtisadi siyasət nəticəsində böhran ölkəmizə ciddi təsir etməyib.

«Bu mənada 2017-ci ilin dövlət büdcəsi əsaslı təhlil olunaraq hazırlanıb. İnanırıq ki, indiki mərhələdə həyata keçirilən islahatlar sosial-iqtisadi cəhətdən ölkəmizə böyük nailiyyətlər qazandıracaq. Bunun üçün qarşıdakı illərdə də qeyri-neft sektorunun inkişafı üçün kənd təsərrüfatının, İKT-nin, turizmin və yüngün sənayenin inkişafına ciddi fikir verilməlidir. Ölkə başçısının iqtisadiyyatla bağlı Strateji Yol Xəritəsinin təsdiq olunması haqqında Fərmanı da bu məqsədlərə xidmət edir. Gələn ilin büdcəsində sosial xərclər ümumi büdcənin 40,3 faizini təşkil edir və bu rəqəm faiz nisbəti ilə bu ilin büdcəsindən yüksəkdir. Bu da onu göstərir ki, ölkə Prezidenti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlayır»- deyə, S.Hüseynova qeyd edib.

DİGƏR Xəbərlər Arxiv