YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli daha əvvəl əldə olunmuş prinsiplərə əsaslanmalıdır

ATƏT-in Minsk qrupu formatında daha əvvəl razılaşdırılmış prinsiplər əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərin davam etdirilməsi məsələsində tam yekdillik var.

Trend-in RF Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Hamburqda mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Daha əvvəl Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri Dağlıq Qarabağla bağlı bəyanat yaymışdı. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün danışıqların qısa zamanda keçirilməsinin zəruriliyi ifadə olunub.